preloader gif

Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 5% artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri, konullu sigorta, icbari sigorta, könüllü sığorta, icbari sığorta
13:00 28.10.2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 401,679 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 5,3% artaraq 170,731 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 257,299 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 79,4% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 13,4% azalaraq 50,463 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 64,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-sentyabr aylarında 40,8 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 34,1 manatdan 28,1 manata düşüb.

Mənbə: Renkinq.az

SIĞORTANI İNDİ ƏLDƏ ET