“ASAN Xidmət” sığortaçı axtarır

13:44 21.10.2020

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri, asan xidmet, asan xidmət

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üzrə kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 29-u, saat 17:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 36 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 444-74-44 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mənbə: Banker.az