preloader gif

ASA hərbi vəziyyətlə bağlı sığortaçılara müraciət etdi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
15:23 12.10.2020

Azərbaycan Sığortaçılar Assosiasiyası sentyabr ayının 27-dən etibarən ölkədə yaranmış hərbi vəziyyətlə əlaqədar olaraq sığorta şirkətlərinə müraciət edib.

ASA-dan Fins.az-a verilən məlumata görə, sığorta şirkətlərinə ünvanlanan müraciətdə bildirilir ki, mövcud hərbi vəziyyəti, eyni zamanda bu çətin anda əsgərlərimizin və vətəndaşlarımızın qəhrəmanlığını nəzərə alaraq, sığorta hadisələri baş verdikdə və sığorta tənzimlənməsi zamanı müştərilərə hər zamankından daha çox anlayışla yanaşılmalıdır.

Müraciətdə o qeyd olunur ki, sığorta qanunvericiliyində müharibənin yaratdığı fəsadlar istisna hal hesab olunsa da, eyni zamanda sığorta təminatı nəzərdə tutulmasa da işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən proseslərin əhəmiyyəti nəzərə alınmaqla döyüş əməliyyatları nəticəsində baş verən hadisələr zamanı sığortalılara və ya onların ailə üzvlərinə köməklik göstərilsin.

“Çünki məhz belə bir zamanda bütün dünyəvi və biznes prinsipləri bir kənara çəkilməli, vətəndaşlıq və azərbaycançılıq mövqeyi ön plana keçməlidir. Ümid edirik ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının bu tövsiyəsinə biganə qalmayacaqsınız. Çünki tövsiyəyə adekvat olaraq atacağınız addım ölkəmizin sığorta sektoruna olan inamın möhkəmlənməsi ilə yanaşı həm də və ələlxüsus sabahın bütöv, böyük, müstəqil Azərbaycanına xidmət edəcək”, - deyə, müraciətdə bildirilir.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET