Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 467 milyon 482,7 min manat həcmində sığorta haqqı toplanıb.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, hesabat dövründə sığorta şirkətləri tərəfindən 223 milyon 196 min manat həcmində ödəniş həyata keçirilib.
Mənbə: Azertag.az