Azərbaycanda sığorta haqlarının 76%-i 5 şirkətin payına düşür

12:05 31.08.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 467,483 milyon manat sığorta haqqının 353,925 milyon manatı və yaxud 75,7%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (157,504 milyon manat), "PAŞA Sığorta" (109,92 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 41,058 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (24,962 milyon manat) və "Qala Sığorta" (20,481 milyon manat) ASC-lərdir.

7 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (822 min manat) və "Bakı Sığorta” (920 min manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 1,747 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,4%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 111,811 milyon manat (23,9%) təşkil edib.

Mənbə: Banco.az