10:06 26.08.2020
“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu Anar Talıb oğlu Talıbov-dur.
Buna qədər isə bu vəzifədə Azər Əliman oğlu Əlizadə müvəqqəti icra edirdi.
A.Talıbov 2019-cu ilin noyabrına qədər “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvi kimi çalışıb. Daha əvvəllər isə “Azsığorta”nın İdarə Heyətində (sədr kimi) çalışıb.
“Qala Həyat” ASC- 2008-ci ildə yaradılıb və 13.04 mln. manatlıq nizamnamə kapitalına sahibdir.
Səhmlərinin 100%-i “Quna” şirkətinə məxsusdur.
Haqqında
Talıbov Anar Talıboğlu, 1979-cu ildə Bakı şəhərində doğulub. Ailəlidir.
2 ali təhsil alıb.1995-1999-cu ildə Bakı Dövlət Universitetinin “Tarix” fakultəsini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirib.
Banker.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.