“Meqa Sığorta”nın xalis mənfəəti 15% artıb

12:59 24.08.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, meqa sigorta, meqa sığorta

“Meqa Sığorta” ASC bu ilin I yarısını 2,631 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,25% çoxdur.

6 ay ərzində “Meqa Sığorta”nın gəlirləri 11,97 milyon manat (illik müqayisədə 2,7% az), xərcləri 8,682 milyon manat (8,1% az), mənfəət vergisi ödəmələri isə 658 min manat (15,25% çox) təşkil edib.

Bu il iyulun 1-nə “Meqa Sığorta”nın aktivləri 49,287 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır.

Hesabat dövründə şirkətin öhdəlikləri 12,8% azalaraq 20,324 milyon manata düşüb, balans kapitalı isə 11,1% artaraq 28,963 milyon manata, o cümlədən nizamnamə kapitalı 58,6% artaraq 23 milyon manata çatıb.

Mənbə: Renkinq.az