“Ata Sığorta”nın maliyyəsinə nəzarət edəcək şəxslər dəyişib

10:20 20.08.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, ata sigorta, Ata sığorta

“AtaHolding” MMC sığorta biznesinin maliyyəsinə nəzarətini kimlərə tapşırdığı məlum olub.

“Ata Sığorta” ASC-nin səhmdarları cari ayın 10-dakı toplantısında Təftiş Komissiyasını (TK) tam dəyişiblər.

Banker.az-a daxil olan məlumata görə, Elməddin Hüseynov və Zaur İsmayılov TK-nin üzvü seçiliblər. Lakin, sədrin adı məlum deyil.

Bundan öncə “Ata Sığorta”nın TK-sında adları yer alan Elçin Məmmədsaatov (sədr), Elçin Məmmədsaatov seçimdən kənarda qalıblar.

Xatırladaq ki, son iclasda sığorta şirkətinin Direktorlar Şurası da yenidən təsdiqlənib.

Mənbə: Banker.az