Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") əməkdaşlarının könüllü tibbi sığortasına dair elan etdiyi açıq tenderə yekun vurub.
Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərbaycan Sənaye Sığorta" ASC-dir.
Qalib şirkətə 84,5 min manat ödəniləcək.