preloader gif

A-Qroup 63 000 manatdan artıq ödəyib.


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbarı əmlak
15:27 19.01.2024

Hər hansı bir sığorta şirkətinin fəaliyyətinin mühüm göstəricisi sığorta ödənişlərinin həyata keçirilməsidir.

Fins.az xəbər verir ki, A-Qroup sığorta şirkəti bir daha etibarlılığını və bağlanmış müqavilələrin şərtlərinə sadiqliyini nümayiş etdirdi: təkcə 2024-cü ilin birinci ayında (yanvar) A-Qroup yalnız bir müştərisinə qəzada zədələnmiş avtomobil üçün 63 099 manat məbləğində KASKO sığorta ödənişi etdi.

Bu hadisə açıq şəkildə göstərir ki, yol qəzaları riski hər zaman mövcuddur və hadisələrin hər biri nəqliyyat vasitələrinin sahibləri üçün maliyyə xərclərinə səbəb ola bilər. Bununla belə, A-Qroup-dan KASKO polisi əldə edərkən, avtomobil sahibinə dəyən zərər minimuma endirilir. Avtomobil sahibləri üçün A-Qroup -dan KASKO etibarlı və eyni zamanda əlverişli sığorta polisidir.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 28 ildən artıq sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.

SIĞORTANI İNDİ ƏLDƏ ET