preloader gif

PAŞA Holding şəhid övladlarını 2024-cü ildə də sığortalayır


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbarı əmlak
16:29 28.12.2023

2023-cü ildə PAŞA Holding-in “Vətən əmanətlərin keşiyindədir” təşəbbüsü çərçivəsində Vətən Müharibəsi və müharibədən sonrakı təhribatlar zamanı şəhid olan şəxslərin 18 yaşadək övladları  holdinqin törəmə şirkəti olan PAŞA Sığorta tərəfindən sığortalanmışdır. Azərtag-a daxil olan məlumata əsasən, sözügedən sığorta xidməti 2024-cü il üçün uzadılmışdır.

Fins.az xəbər verir ki, 2023-cü ildə cari sığorta üzrə PAŞA Sığortaya şəhid ailələri tərəfindən ambulator, stomatologiya, aptek xidmətləri, stasionar xidmətlər, təcili yardım xidmətləri, pediatriya, nevrologiya, LOR, oftalmologiya, eləcə də travmatologiya istiqamətləri üzrə müraciətlər daxil olub. Bundan əlavə, əksəriyyəti Gəncə şəhərindən olmaqla, bölgələrdən də müraciət edənlər olub.Xatırladaq ki, “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində təqdim olunan sığorta paketi 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin ümumilikdə 1700-ə yaxın övladını əhatə edir. Cari sığorta paketi genişləndirilmiş paketdir və stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini də nəzərdə tutur ki, bu da bir çox şirkətlərdə rəhbər şəxslər üçün nəzərdə tutulan imtiyazlara bərabərdir.

SIĞORTANI İNDİ ƏLDƏ ET