FED.az xəbər verir ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin “Bakı KOB evi”ndə nümayəndəliyi fəaliyyətə başlayır.
Bildiyimiz kimi, 06.01.2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə paytaxtın Nərimanov rayonunda sayca 3-cü olan “Bakı KOB evi”nin açılışı olmuşdur. Yeni açılmış “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.
Sığorta xidmətlərinə əlçatanlığı asanlaşdırmaq üçün “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara korporativ sığorta xidmətləri göstəriləcəkdir. Nümayəndəliyin iş rejimi həftəiçi 5 gün olmaqla, saat 09:00-18:00 təşkil edəcəkdir.