preloader gif

Push30 və Qala Sığortadan işçilərinin sağlamlığını düşünən şirkətlər üçün qaçılmaz təklif - “Sağlam həyat” sığorta proqramı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
13:56 19.12.2022

İşçilərinə dəyər verən, onların sağlamlığını və produktivliyini düşünən bütün şirkətlər bu proqrama qoşularaq sərfəli qiymətlə bir illik könüllü tibbi sığorta xidmətini əldə edərək, 70-dən artıq idman mərkəzinə limitsiz giriş imkanına sahib olacaq.

Sığorta bazarının ən iri şirkətlərindən olan Qala Sığorta və hər kəs üçün idmanı əlçatan və limitsiz edən Push30 şirkətləri “Sağlam Həyat” proqramını təqdim edirlər.

Sözügedən şirkətlərin yaradıcı heyəti bazarda ayrı-ayrılıqda kifayət qədər baha qiymətə təqdim olunan həm tibbi sığorta xidmətinin, həm də idman xidmətlərinin daha əlverişli şərtlərlə və bir məhsul formatında hazırlanmasına nail olublar.

Məhsul, işçilərinin sağlam və produktiv olmalarını qarşılarına hədəf qoyan şirkətlərin idarəetmə vəzifələrində çalışan məqsədyönlü rəhbərləri üçün kifayət qədər cəlbedicidir. Belə ki, bir işçi üçün 10 000 manat məbləğində geniş təminatlı tibbi sığorta proqramı və paytaxtın müasir standartlara cavab verən idman zallarına limitsiz giriş imkanı həm şirkətlər, həm də işçilər üçün xeyli səmərəli və faydalıdır.

İnsanların gündəlik həyat tərzi və sağlamlıqları üçün vacib olan iki xidmətin “Sağlam həyat” sığorta proqramı çərçivəsində tətbiq olunması işçilərin loyallığının təmin olunması üçün əlverişli şansdır. Layihənin əsas məqsədlərindən biri də odur ki, işçiləri düşünərək onların qayğısına qalmaqla, şirkətdə sağlam komanda ruhunun formalaşması biznesdə sərhədləri aşıb, yeni perspektivlər aşkar olunmasına xidmət edəcəkdir.

Layihəyə qoşulmaq üçün Qala sığortaya mürəciət edərək bu fürsəti dəyərləndirin!

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET