Sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verib.
"Fins.az", xəbər verir ki,hesabat dövründə sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib.
Məlumata görə,son 12 ayda avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olmuşdur. Onların 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib.
Mənbə: Fins.az