“PAŞA Sığorta” ASC-nin topladığı sığorta haqları artıb, sığorta ödənişləri isə azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin avqust ayında 127 milyon 406 min manat sığorta haqları toplamış şirkət, bu ilin avqust ayında cəmi 153 milyon 503 min manat yığmağı bacarıb. (artım 20%)
Müqayisə olunan dövrdə, Şirkətin sığorta ödənişləri 49 milyon 493 min manatdan 48 milyon 31 min manata düşüb. (azalma 3%)
“PAŞA Sığorta” Şirkəti bu ilin avqust ayında topladığı 153 milyon 503 min manat sığorta haqlarına qarşı 48 milyon 31 min manat sığorta ödənişləri həyata keçirib.
Xatırladaq ki, “PASHA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Sığorta” ASC Azərbaycanın sığorta xidmətləri bazarında fəaliyyət göstərən şirkətdir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Mənbə: Banker.az