2022-ci ilin yanvar-avqust aylarında nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə 1,843 milyon manat vəsait daxil olub.
“Fins.az" xəbər verir ki,İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.
Yanvar-avqust aylarında 29 hərrac keçirilib. Hərraclara 721 nəqliyyat vasitəsi çıxarılıb və onlardan 375-i satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
Məlumata görə, nəqliyyat vasitələri üzrə ümumi ilkin satış qiyməti 1 milyon 467,785 min manat olsa da, rəqabətli hərrac nəticəsində bu məbləğ 375,533 min manat artaraq 1 milyon 843,318 min manata çatıb
Mənbə: Fins.az