14:38 28.07.2022
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətləri üçün klirinq (hesablaşma) sistemi yaradıb.
Hökumətdən əldə edilən məlumata görə, sistem ilk olaraq avtomobillərin icbari sığortası sahəsində tətbiq ediləcək.
Belə ki, AMB-nin hazırladığı yeni qaydalara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zərərçəkmişə dəymiş zərəri onun öz sığorta şirkəti ödəməlidir. Bundan sonra isə ödəyici həmin vəsaiti zərəryetirənin sığorta şirkətindən onlayn rejimdə həmin klirinq sistemi ilə alacaq.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.