Azərbaycanda tibbi xidmətlər - BAHALAŞIB

16:49 20.07.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksinə əsasən cari ilin iyun ayında tibbi xidmətlər əvvəlki ilin eyni ayı ilə müqayisədə 8.7% bahalaşıb.

FED.az Banker.az-a istinadən xəbər verir ki,  DSK-ya görə, bu müddətdə stomatoloji xidmətlərdə 11.5%, xəstəxana xidmətlərində 7.9% artım qeydə alınıb.

Cari ilin yanvar-iyun ayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə tibbi xidmətlərdə 8.7%, stomatoloji xidmətlərdə 10.6%, xəstəxana xidmətlərində 6.2% bahalaşma olub. Qeyd edək ki, əvvəlki ildə isə bu xidmətlərdə müvafiq olaraq illik 3.9%, 4.6% və 1.4% bahalaşma qeydə alınıb.

Mənbə: Fed.az