Bu ilin 6 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 mlrd. 225 milyon 624,2 min manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 77 milyon 35,8 min manat olub.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında bildirib.
"Bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111,9% və 117,9% təşkil edib", - M.Cabbarov yazıb.