preloader gif

AZAL-dan təklif: «Bakıya təyyarə reysi açın, sizə endirim edəcəyik»


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
14:22 08.07.2022

AZAL şirkəti Qahirədən Bakıya təyyarə reysi açılacağı təqdirdə Misirin «Air Cairo» aviaşirkətinə endirim edəcəyini elan edib.

FED.az xəbər verirki, bu barədə AZAL-ın prezidenti Cahangir Əsgərov Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid ilə görüşdə bildirib.

Görüşdə hər iki tərəf ölkə arasında hava əlaqəsinin genişləndirilməsində və Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsində maraqlı olduğunu bildirib.

«Qahirədən Bakıya sərnişin reysləri açıldığı təqdirdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda «Air Cairo» aviaşirkətinə hava limanı tərəfindən müəyyən edilmiş qaydada endirimlər tətbiq olunacaq», - deyə Cahangir Əsgərov qeyd edib.

SIĞORTANI İNDİ ƏLDƏ ET