10:02 01.07.2022
Sabahdan Rusiyanın "UTair" aviaşirkəti Sankt-Peterburq-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.
FED.az xəbər verir ki, aviareyslər hər həftənin bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. İyulun 4-ü üçün Sankt-Peterburq-Bakı marşrutu üzrə bir nəfərlik uçuş biletinin qiyməti 1 050 AZN, baqaj daxil (5 kq) 1 160 AZN edir.
Xatırladaq ki, "UTair" iyunun 20-dən Ufa-Bakı marşrutu üzrə uçuşları da bərpa edib.
Mənbə: Fed.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.