Türkiyə dünya bazarlarına 12 milyard dollarlıq avtomobil ixrac edib

15:03 07.06.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

2022-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 12,5 milyard dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,4 faiz çoxdur”, - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 29,8 milyard dollar məbləğində avtomobil ixrac edib.

Mənbə: Fins.az