11:35 03.06.2022
2022-ci ilin yanvar-aprel aylarında Azərnaycanda 33 rəsmi avtomobil dileri vasitəsilə 3111 ədəd yeni avtomobil satılıb.
FED.az xəbər verir ki, satışların həcmi üzrə “Toyota” yenə liderliyini qoruyub. Azərbaycanda Yaponiya avtomobil markası üzrə bu ilin dörd ayında 739 avtomobil satılıb. Satışların həcminə görə, Cənubi Koreya markaları “Hyundai” ikinci (578 ədəd) və “Kia” isə üçüncü (345 ədəd) olub.
Rusiyadan avtomobillərin idxalı ilə bağlı problem yaşayan “Lada” aprel ayında satış həyata keçirməsə də, marka əvvəlki ayların satışlarına görə siyahıda dördüncü olmağı bacarıb və ümumi satışların həcmi 268 avtomobil təşkil edib.
Fevral və mart aylarında satışları azalan “Mitsubishi” isə aprel ayında satışlarını artıra bilib (187 ədəd) və ümumi siyahıda TOP-5-yə daxil olub.
2022-ci ilin yanvar-aprel aylarında ən az satılan avtomobillər isə “Genesis”, “Jaguar” və “Alfa Romeo” olub. Bu markalar üzrə cəmi bir avtomobil satılıb. (Apa)
Mənbə: Fed.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.