Samir Şərifovun keçmiş müşavirinə sığorta şirkətində yüksək vəzifə verildi

09:58 19.05.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

“Atəşgah Sığorta” Şirkətinin Direktorlar Şurasında dəyişiklik olub.

“Atəşgah Sığorta” Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev  bildirib ki, Direktorlar Şurasının üzvləri Vaqif Əliyev və Vladimir Solovyov şirkətdən ayrılıblar. Onları bu vəzifədə Namiq Xəlilov və Yekaterina Şebarova əvəzləyiblər.

Qeyd edək ki, Namiq Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci ildə isə nazir Samir Şərifov Namiq Xəlilovu özünə müşavir təyin etmişdi.

Mənbə: Fins.az