Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri Heydər Əliyevin məzarını - ZİYARƏT EDİBLƏR

16:25 11.05.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

FED.az xəbər verir ki, mayın 10-da Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev, icraçı direktorun müavini Akşın Cahangirov və ƏSF-nin struktur bölmə rəhbərləri müstəqil dövlətimizin qurucusu, çağdaş Azərbaycanın memarı, XX əsrin ən görkəmli tarixi şəxsiyyətlərindən və siyasi xadimlərindən biri olan ümummilli lider Heydər Əliyevin 99-illik yubileyi münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət etmişlər. T. Piriyev və Fond rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.

Daha sonra, ƏSF-nin kollektivi Fəxri xiyabanda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etmiş, məzarı üzərinə çiçəklər düzmüşlər.

Mənbə: Fed.az