17:21 10.05.2022
2022-ci ilin birinci rübü üzrə Azərbaycanda rəsmi avtomobil dilerlərinin satışlarının həcmi məlum olub.
FED.az xəbər verir ki, avtomobil bazarından əldə edilən məlumata görə, yanvar-mart aylarında 33 brend üzrə 2189 avtomobil satılıb. Satışların həcminə görə, “Toyota” birinci (544 ədəd), “Hyundai” ikinci (377 ədəd), “Kia” isə üçüncü (284 ədəd) olub. “Lada”nın istehsalı ilə bağlı məhdudiyyət yaransa da, satışların həcminə görə siyahıda dördüncü (268 ədəd) olub. Bununla belə, fevral ayı ilə müqayisədə mart ayında “Lada”nın satışı 11% azalıb. İlk beşliyi 126 ədəd satışla “Mitsubishi” tamamlayıb.
2022-ci ilin birinci rübündə 5 marka üzrə - “Lamborgini”, “Ferrari”, “Jaguar”, “ZX Auto” və “Opel” avtomobili satılmayıb. (Apa)
Mənbə: Fed.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.