"PAŞA Bank" bu səbəbə görə biznes mərkəzlərindəki xidmətlərini müvəqqəti - DAYANDIRIR

17:15 28.04.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Azərbaycanın "Paşa Bank" ASC bayram günlərində müştərilərə xidmətin göstərilməməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir: 

Nəzərinizə çatdırırıq ki,  bayramlar ilə əlaqədar 2-3 may 2022-ci il tarixləri qeyri-iş günləri hesab olunur və həmin tarixlərdə Bankın Biznes Mərkəzləri xidmət göstərməyəcək. “PAŞA Bank” Əlaqə Mərkəzi hər zaman olduğu kimi 7 gün 24 saat ərzində müştərilər üçün fəaliyyət göstərəcək və bu qayda bayram günlərinə də şamil ediləcək.  

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 496 50 04 (korporativ müştərilər üçün),  *9123 / (+99412) 496 50 00 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

“PAŞA Bank” müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir.

Müştəri məmnunluğunun artırılması məqsədi ilə bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Mənbə: Fed.az