15:49 14.04.2022
Yaşı 18-dək olan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına girişinə icazə verilmə qaydası dəyişib.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.
Bundan əvvəl 18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilirdi.
Eyni zamanda yaşı 18-dək olan şəxslər COVİD-19 pasportu olmadan da Azərbaycana daxil ola biləcək. (Apa)
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.