12:13 29.03.2022
İsveçrənin böyük sığorta şirkətlərindən olan “Zurich Insurance” loqosunun yanlış anlaşılmasından yayınmaq üçün sosial media hesablarında yer alan “Z” tək hərfli loqotipindən istifadə etməməyi qərara alıb.
Şirkətdən bildirilib ki, vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, “Zurich Insurance” fiziki şəxslərə, kiçik və orta biznesə, transmilli korporasiyalara xidmət göstərir. Onun fəaliyyəti 210-dan çox ölkə və ərazini əhatə edir.
Mənbə: “RİA Novosti", Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.