12:06 29.03.2022
“Qala Həyat Sığorta" ASC 2021-ci ili 4 milyon 741 min milyon manat xalis mənfəətlə başa vurub.
"Fins.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2 milyon 552 min manat və ya 16,5 % çoxdur
Ötən il “Qala Həyat Sığorta"nın cəmi əməliyyat gəlirləri 19 milyon 351 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 205 min manat təşkil edib. ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqaisədə 1 milyon 857 min manat və ya 0.6% çoxdur.
Hesabat dövründə“Qala Həyat Sığorta" ASC-nin cəmi əməliyyat xərcləri 13 milyon 205 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisinə nisbətən 1 milyon 31 min manat və ya 0.9% azdır.
Sığorta şirkəti 745 min manat mənfəət vergisi ödəmələri ödəyib ki, bu da 2020-ci il ilə müqaisədə 45 min manat və ya 6.04% azdır.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın cəmi uzunmüddətli aktivləri 16 milyard 573 milyon 341,3 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqaisədə 1 milyard 12 milyon 254,24 min manat azdır.
Hesabat dövründə “Qala Həyat Sığorta" ASC cəmi aktivləri 45 milyard 630 milyon 651,28 min manat təşkil edib ki,bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqaisədə 6 milyard 709 milyon 968,55 min manat çoxdur.
“Qala Həyat Sığorta" ASC-nin cəmi kapitalı 2021-ci ildə 23 milyard 418 milyon 792.17 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqaisədə 2 milyard 851 milyon 44,4 min manat azdır
Şirkətin cəmi uzunmüddətli öhdəlikləri 2020-ci ilə nisbətən 1 milyard 14 milyon 606,19 min manat artaraq 12 milyard 492 milyon 484,46 min manat təşkil edib.
“Qala Həyat Sığorta" ASC-nin cəmi öhtəlikləri bir əvvəlki ilə nisbətən 8 milyard 968 milyon 924,15 min artaraq 22 milyard 211 milyon 859,11 min manat təşkil edib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i "Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.




Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.