12:40 16.03.2022
Azərbaycan Mərkəzi Bankı (AMB) bu yaxınlarda sığorta sektorunun rəqəmsallaşması ilə bağlı layihənin icrasına başlayacaq.
Banker.az xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Ziya Əliyev İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında “Yaşıl Kart” sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun imzalanması mərasimində deyib.
“Bu sahədə Türkiyə modelinin Azərbaycana gətirilməsi və burada tətbiqi nəzərdə tutulur. Sığorta Bilgi Mərkəzi Türkiyənin bu sahədə ən böyük “now-how”sudur. Biz onu Azərbaycanda tətbiq etmək niyyətindəyik”, – deyə baş direktor qeyd edib.
Mənbə: Banker.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.