preloader gif

Azərbaycan və Türkiyə "Yaşıl Kart" sisteminin inteqrasiyası barədə protokol imzalayıb - FOTO


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
17:45 14.03.2022

Martın 14-də Bakıda İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında "Yaşıl Kart" sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun imzalanması mərasimi keçirilib.

FED.az xəbər verir ki, sənədi İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov və Motorlu Taşıt Bürosunun direktoru Mehmet Akif Eroğlu imzalayıb.

Qeyd olunur ki, protokol Azərbaycanla Türkiyə arasında sərhəd məntəqələrinin keçidi prosedurunu sadələşdirəcək və sürətləndirəcək, eləcə də saxta sənədlərin istifadəsinin qarşısının alınmasına xidmət edəcək.

Bundan başqa, sistemin inteqrasiyasından sonra "Yaşıl Kart" sığorta polislərinin satışı və əldə olunması proseduru sadələşdiriləcək. (Trend)

Azərbaycan və Türkiyə "Yaşıl Kart" sisteminin inteqrasiyası barədə protokol imzalayıb (FOTO)

Azərbaycan və Türkiyə "Yaşıl Kart" sisteminin inteqrasiyası barədə protokol imzalayıb (FOTO)

SIĞORTANI İNDİ ƏLDƏ ET