11:31 04.03.2022
"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti 2021-ci ili 1 milyon 984 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 1 milyon 997 min manat xalis mənfəət ilə bağlamışdı.
FED.az şirkətin maliyyə heabatlarına itinadən xəbər verir ki, ötən il "Azərbaycan Sənaye Sığorta"nın cəmi gəlirləri 13 milyon 301 min manat, cəmi xərcləri 10 milyon 823 min manata, əməliyyat mənfəəti 2 milyon 478 min manat təşkil edib. 2020-ci ildə Şirkətin cəmi gəlirləri 9 milyon 252 min manat, cəmi xərcləri 6 milyon 756 min manat, əməliyyat mənfəəti 2 milyon 496 min manat təşkil etmişdi. (Marja)

Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.