Aqrar Sığorta Fondu bu tarixə kimi - AUDİT SEÇİR

10:08 01.03.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Aqrar Sığorta Fondu Aqrar Sığorta Fondunda Audit xidmətlərinin satınalınması üzrə tender elan edir.

FED.az xəbər verir ki, təkliflərin son təqdim olunma tarixi və vaxtı 15.03.2022-ci il saat 12:00-a kimidir iştirak ödənişi 100 manatdır.

Təşkilati və hüquqi sənədlər:

Malgöndərənin audit zamanı sığorta ehtiyatlarının hesablanması ilə bağlı ölkə xaricindən sahəvi mütəxəssislərin cəlb etmə imkanı (Ən azı iki sahəvi mütəxəssisin tərcümeyi halı əlavə edilməlidir) - ən azı 2 mütəxəssisin tərcümeyi halı təqdim edilməlidir.

Malgöndərənin ən azı 5 əməkdaşının ACCA üzvü olması haqqında məlumat - sertifikatlar və əmək müqaviləsi;

Nizamnamə - nizamnamənin son redaksiyası;

Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - sənəd son 3 ay ərzində əldə edilmiş olmalıdır;

Malgöndərənin Azərbaycanda təmsil olunduğu şirkətdə (-lərdə) əməkdaşların 100 nəfərdən çox olduğunu əks etdirən sənəd - əməkdaşların sayını təsdiq edən sənəd;

Qeydiyyatdan keçdiyi ölkə - qeydiyyat haqqında şəhadətnamə;

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - sənəd son 3 ay ərzində əldə edilmiş olmalıdır.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vaqif Rəhimov / Kadrlar və inzibati idarəetmə şöbəsinin müdiri

Mənbə: Fed.az