AZAL Naxçıvana uçuşlar üçün Ermənistana - ÖDƏNİŞ EDİB

10:06 17.02.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Ermənistana aeronaviqasiya xidmətlərinə görə təxminən 32 min avro ödəyib.

FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, ötən ilin oktyabrın 6-dan AZAL Bakıdan Naxçıvana sərnişin reyslərinin həyata keçirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

"Bildiririk ki, 2021-ci il oktyabrın 6-dan dekabrın 31-dək "Armaeronaviqasiya" tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət EUROCONTROL beynəlxalq təşkilatının mərkəzi marşrut haqları üzrə ofisi vasitəsi ilə 31 901,77 avro ödəyib", - məlumatda deyilir.

Mənbə: Fed.az