preloader gif

PAŞA Sığorta kasko sığortalı müştərimizə 118 900 AZN ödəniş etdi!


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:29 15.02.2022

  Qəza anında hər zaman operativ şəkildə müştərilərinin köməyinə çatan PAŞA Sığorta şirkəti ötən ilin son rübündə qəza hadisəsi nəticəsində fərdi müştərisinə 118 900 AZN sığorta ödənişi həyata keçirmişdir. Qeydə alınan hadisəyə əsasən, Ələt-Astara yolunda hərəkətdə olan sığortalı Audi Q7 markalı avtomobil sahibi yağışlı hava şəraitində, sürüşkən yolda idarə etməni itirərərək qəzaya uğramış və avtomobil tam yararsız hala düşmüşdür. PAŞA Sığorta qəza zamanı avtomobilə dəyən zərərlə bağlı Tam KASKO  sığortalı müştərisinə 118 900 AZN sığorta təminatı ödəmişdir. 
   Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Mənbə: Paşa sığorta 

SIĞORTANI İNDİ ƏLDƏ ET