BP zərərdən mənfəətə - KEÇİB

09:46 09.02.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Böyük Britaniyanın neft-qaz şirkəti BP-nin 2021-ci ildə xalis mənfəəti (şirkətin səhmdarlarına aid olan) 7 milyard 565 milyon dollar təşkil edib. Şirkət 2020-ci ili 20 milyard 310 milyon  dollar zərər ilə bağlamışdı.

FED.az xəbər verir ki, 2021-ci ilin dördüncü rübündə şirkətin mənfəəti 2,33 milyard dollar (2020-ci ilə nisbətən +71%) təşkil edib.

BP-nin 2021-ci ildə cəmi gəlirləri 50% artaraq 164 milyard 195 milyon dollara, dördüncü rübdə isə bu rəqəm 73% artaraq 52,24 milyard dollara çatıb.

Şirkətin 2021-ci il üçün sərbəst pul axını bir il əvvəlki 12,16 milyard dollardan 23,61 milyard dollara yüksəlib, əsaslı xərclər isə 8,6% azalaraq 12,85 milyard dollar təşkil edib.

2021-ci ildə BP qrupunda karbohidrogen hasilatı 4,5% azalaraq sutkada 3,316 milyon barel neft ekvivalentinə düşüb.

Mənbə: Fed.az