“Brent” markalı neftin qiyməti 93 dollara çatır

10:14 08.02.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 93 ABŞ dollarına çatır.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,24% ucuzlaşaraq, 1 bareli 92,5 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,08% düşərək, 1 bareli 91,25 ABŞ dolları təşkil edib.

Bu həftə investorlar ABŞ-ın Energetika Nazirliyinin qısamüddətli proqnozlarının, həmçinin OPEC və Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatlarının, habelə ABŞ-da neft ehtiyatları və hasilatı ilə bağlı həftəlik hesabatların açıqlanmasını gözləyir.

Mənbə: Report.az