15:23 07.02.2022
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə sahəsində qarşılaşdıqları nöqsanlarla bağlı vətəndaşlara müraciət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Dövlət Agentliyinin Strateji Təhlil mərkəzinin rəhbəri Araz Nəsirov bildirib ki, neqativ halların sıfırlanması zaman istəyir.
O, vətəndaşlara çağırış edərək deyib ki, neqativ hallarla qarşılaşdıqda agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Qaynar xətti"nə məlumat versinlər.
"Bu gün dərman təchizatı ilə bağlı daha böyük işlər görülür. Yaxın zamanda xəstəxanaların maddi-texniki bazası ilə bağlı böyük işlər görüləcək. Dərman təchizatı yaxşılacaq. Düşünürəm ki, neqativ hallar ortadan qalxacaq", - A.Nəsirov vurğulayıb.
Mənbə: Fed.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.