Komitə sədri: Çoxmənzilli binaların saxlanması və xidmət tarifləri - DƏQİQLƏŞMƏLİDİR

14:02 02.02.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət tarifləri dəqiqləşməlidir.

FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Millət vəkili qeyd edib ki, bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur.

“Bu taariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Taariflərin müəyyən edilməsinin normaları təyin edilməlidir və xidmətin keyfiyyəti yoxlanılmalıdır” - deyə M.Quliyev bildirib.

M.Quliyev həmçinin mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini təklif edib.

Mənbə:Fed.az