12:40 21.01.2022
Bu gündən etibarən Rusiyanın “Azimut” aviaşirkəti Rostov-Dondan Bakıya birbaşa aviareys üzrə uçuşlara başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, uçuşlar Rostov-Don hava limanından həftədə bir dəfə (cümə günləri) həyata keçirilir.
Uçuşlar yerli vaxtla Rostov-Dondan saat 08:00-da, Bakıdan isə saat 12:10-da olacaq.
Qeyd edək ki, hazırda “Azimut” Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirir.
Mənbə: Fed.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.