preloader gif

Tanınmış iş adamları hakim qarşısına çıxarılır - 120-dən Çox Zərərçəkən Var


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:21 14.01.2022

“Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən Dilafir Rəsulovun və bu işdə ittiham olunan daha iki iş adamı - Bəsrət Abbaslı ilə Tahir Əliyevin məhkəməsi başlayır.

FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Zeynal Ağayev sədrlik edəcək.

Məlumat üçün bildirək ki, Bəsrət Abbaslı “Konstra” MTK-nin təsisçisidir. O, həm də Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur. 

Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan üç iş adamı ilə bağlı keçiriləcək məhkəməyə 120-dən çox zərərçəkən müraciət edib.

Qeyd edək ki, Dilafir Rəsulov cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi. O, ötən ilin iyulunda Rusiyanın Tula şəhərində tutularaq ölkəmizə gətirilib.

Bəsrət Abbaslının isə ölkədən çıxışına qadağa qoyulmuşdu. Buna “Konstra” MTK-nin dövlət büdcəsinə 73 min manat vergi borcu olması səbəb göstərilirdi.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET