10:45 12.01.2022
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elektron Su Təsərrüfatı İnformasiya Sisteminin (ESTİS) təkmilləşdirilməsi istiqamətində yeni modulların yaradılması, mütəmadi texniki xidmətin göstərilməsi və sistemin 1 il müddətinə müvafiq serverlərdə saxlanılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzidir.
Mərkəzə 120 min manat ödəniləcək.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.