DSMF: "Gələn il gəlir və xərclərimiz üzrə risklər olmayacaq"

15:37 29.12.2021

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir.

FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Fondun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Ölkə iqtisadiyyatı pandemiyadan sonra yenidən inkişaf tempini bərpa edib. Bu isə o deməkdir ki, proqnozlaşdırılan gəlirlərdə hər hansı risk gözlənilmir. DSMF-nin xərcləri də müəyyən olunmuş qrafikə uyğun icra olunacaq", - deyə o, qeyd edib.