preloader gif

Azərbaycanda həyat sığortası 24%, qeyri-həyat sığortası isə - 8% ARTIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
15:02 24.12.2021

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 348,406 milyon manat sığorta haqqı toplanılıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki,  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 24% çoxdur.

Ötən 11 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 419,508 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 8,3% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 6,9% azalaraq 229,904 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 38,4% artaraq 199,945 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-noyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 86,1 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-noyabr aylarında müvafiq olaraq 87,9 manat və 37,3 manat olub.

SIĞORTANI İNDİ ƏLDƏ ET