preloader gif

"Azərbaycan Sığortaçılar Assosiasiyası" ilk dəfə beynəlxalq təşkilata - ÜZV OLUB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri,gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:58 25.11.2021

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına (GFIA) üzv seçilib.

FED.az bu barədə ASA-ya istinadən xəbər verir.

Məlumatda deyilir ki, katibliyi Belçikanın paytaxtı Brüsseldə yerləşən GFIA-nın ötən gün keçirilmiş növbəti iclasında gündəlikdə duran məsələlərdən biri məhz ASA-nın Federasiyaya üzvlüyü ilə bağlı olub. Səsvermə nəticəsində bu məsələ yekdilliklə dəstəklənib və ASA-nın ilk dəfə beynəlxalq təşkilata üzvlüyü gerçəkləşib.

Bununla, qurum GFIA-in Baş Assambleyalarında ildə iki dəfə iştirak, “Insurance Europe” illik konfransında iştirak, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (IAIS) illik konfransında iştirak, təkrarsığorta ilə bağlı həlledici əhəmiyyətə malik məsələlər üzrə IAIS, OECD və digər beynəlxalq təşkilatlarla məlumat mübadiləsi və müzakirələrin aparılması, dünya sığortaçılarına aid hesabatların və xəbərlərin həftəlik “digest” təqdimatının əldə edilməsi, beynəlxalq sorğularda iştirak edilməsi, digər üzv assosiasiyalarla əlaqələrin qurulması, katibliyin inzibati dəstəyinin əldə edilməsi və s. kimi imkanlar qazanıb.

GFIA 2012-ci ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda sığorta assosiasiyalarının görüşündə yaradılıb. Federasiya, qeyri-rəsmi olaraq 2008-ci ildən fəaliyyət göstərən Beynəlxalq Sığorta Assosiasiyaları Şəbəkəsini (INIA) əvəz edir. Federasiyaya 66 ölkədən 43 üzv, 1 müşahidəçi daxildir.

Mənbə: FED.az

SIĞORTANI İNDİ ƏLDƏ ET