preloader gif

Mərkəzi Bank pullarını sığortalayır - TENDER ELANI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:33 24.11.2021

 Mərkəzi Bank “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsas vəsaitlərin və nağd pulun sığortalanması üzrə açıq tender keçirir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender proseduru 22 dekabr 2021-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.

 İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.

İddiaçının tələb olunan kapitalı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 mart 2020-ci il tarixli 08/2 nömrəli qərarına uyğun olaraq qeyri-həyat sığortası fəaliyyəti üzrə sığortaçılar üçün tələb olunan 5 000 000 (beş milyon) manatdan az olmamalıdır.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rekvizitləri;

- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, nağd pulun daşınması üzrə risklərdən sığortalanmasına dair verilmiş razılığın surəti;

- tenderin Əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat. Təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkəti Mərkəzi Bankın müvafiq reyestrinə daxil edilmiş təkrarsığorta şirkəti olmalıdır (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 08 fevral 2022-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 21 dekabr 2021-ci il saat 17:30-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 13 dekabr 2021-ci il saat 17:30-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Tender komissiyasının əlaqələndirici şəxsinə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İddiaçılar tenderdə iştirak etmək üçün Mərkəzi Bankın aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində iştirak haqqı köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesabı:  AZ74NABZ01451700000000001944

S.W.I.F.T. BIK  NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Sığorta xidmətinin göstərilməsinə 01 yanvar 2022-ci il tarixdən başlanılır.

Sığorta xidmətinin göstərilməsi müddəti: 1 (bir) il.

Qiymətləndirmə meyarları: qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri və şərtsiz azadolma məbləğləri.

Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Tender komissiyasının əlaqələndirici şəxsindən tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.

Tender üzrə əlaqələndirici şəxslər: 

Elvin Şirdanov (Hüquq departamenti), telefon: 493-11-22 (dax.tel: 428), elektron poçt ünvanı: [email protected]

Ceyhun Səməndov (İnzibati departament), telefon: 493-11-22 (dax.tel: 599), elektron poçt ünvanı: [email protected].

Tender komissiyası

Mənbə: FED.az

SIĞORTANI İNDİ ƏLDƏ ET