preloader gif

Sığorta bazarında yeni nəfəs: “Rəqabətə hər zaman hazırıq”


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
13:03 19.11.2021

“İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bizim əsas hədəflərimizdən biri təqdim etdiyimiz sığorta xidmətlərinin maksimum avtomatlaşdırılması, müştərilərin sığorta əməliyyatlarını rahat formada onlayn vasitələrlə həll etməsi imkanlarını yaratmaqdır”.

Azərbaycan sığorta bazarına yeni daxil olan “Meqa Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin sığorta məsələləri üzrə müavini Emil Ağamaliyev Fins.az-a deyib.

Onun sözlərinə görə, Sağlam rəqabət biznesin inkişafına təkan verən əsas amillərdən biridir.

“Fikrimcə həyat sığortası üzrə sığorta bazarında fəaliyyət göstərən sığorta şirkətlərinin sayının 5-ə çatması Azərbaycanda həyat sığortasının inkişafı baxımından mühüm addımdır. Bu, sığorta bazarında rəqabətin artmasına və birbaşa olaraq sığorta sektorunun da inkişafına gətirib çıxarır. Bizim də yeni həyat sığorta şirkəti olaraq qarşımızda duran əsas məqsəd həyat sığortasının daha da inkişaf etdirilməsi,  vətəndaşların həyat sığortası barədə daha da maarifləndirilməsi və əhalinin keyfiyyətli sığorta xidmətləri ilə təmin olunmasıdır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bizim əsas hədəflərimizdən biri təqdim etdiyimiz sığorta xidmətlərinin maksimum avtomatlaşdırılması, müştərilərin sığorta əməliyyatlarını rahat formada onlayn vasitələrlə həll etməsi imkanlarını yaratmaqdır.

Rəqabətə hər zaman hazırıq. Bizim məqsədimiz həyat sığortası üzrə göstərdiyimiz xidmətləri peşəkarlıqla və keyfiyyətlə icra etməklə müştərilərimizin məmnunluğunu təmin etmək, tərəfdaşlarımızın etimadını doğrultmaq və Azərbaycanda sığorta mədəniyyətinin inkişafına töhvə verməkdir. İnanırıq ki, qarşıya qoyduğumuz bütün məqsədlərə çatacağıq”.

 Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET