12:46 10.11.2021
Azərbaycanda cari il üçün müəyyən edilmiş proqnozların artıqlaması ilə icra edilməsinin gözlənilməsi fonunda növbəti ildə qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta gəlirləri cari illə müqayisədə 7,5% çox olaraq proqnozlaşdırılıb.
2022-ci ilin büdcə zərfi ilə əlaqədar qanunlara sığorta məsələlərinə dair - DƏYİŞİKLİK EDİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.
Rəydə bildirilib ki, qanun layihəsində 2022-ci ildə Fondun gəlirlərinin böyük hissəsinin (51,6%-nin) və ya 93 mln. manatının qeyri-büdcə sektoru üzrə işəgötürənlərin və işçilərin ödədikləri sığorta haqlarından formalaşdırılması nəzərdə tutulur. Bu da 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 6,2 mln. manat və ya 6,6% az, cari ilin proqnoz göstəriciləri ilə müqayisədə isə 6,5 mln. manat və ya 7,5% çoxdur.
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, cari ilin I yarısında qeyri-büdcə sektoru üzrə Fonda daxilolmalar 44,2 mln. manat olub. Bu da ilin sonuna qeyri-büdcə sektoru üzrə proqnoz göstəricisindən artıq vəsaitin daxil olmasının gözlənilməsi kimi qiymətləndirilə bilər.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.