preloader gif

Insure.az Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində iştirak edib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

15:28 29.10.2021

Oktyabrın 27-də Bakı Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinə ev sahibliyi etdi. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startapçılar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib.

Tədbir çərçivəsində həmçinin, İƏT ölkələrindən 50 yeni startapın təqdim olunduğu sərgi də keçirilib. Sərgidə qida, kənd təsərrüfatı, “yaşıl” iqtisadiyyat, maliyyə texnologiyaları, onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika, sığorta və s. sahələr üzrə startap layihələr təqdim olunub. 

Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin investorlar tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir. Məlumat üçün bildirək ki, sammit çərçivəsində layihəsini potensial investorlara təqdim etmək üçün ümumilikdə 61 ölkədən 500 startapçı müraciət edib, onların arasından 50 startap seçilib.

 Azərbaycan startapçıları arasında Azərbaycanın ilk və ən böyük online sığorta portalı İnsure.az da təmsil olunurdu. Tədbir çərçivəsində iştirakçılara startapımızın təqdimatı olundu və startapımıza maraq göstərən yerli, xarici investorlarla görüşlər keçirildi.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Sammitin ilk günündə milli müsiqi və milli yeməklərimizin də təqdim olunduğu maraqlı Qala Gecəsi baş tutdu. Sammit oktyabrın 29-da uğurla yekunlaşdı və Proqram çərçivəsində tədbirdə iştirak edən xarici qonaqlar və investorlar üçün Qarabağa səfər də təşkil edildi.

SIĞORTANI İNDİ ƏLDƏ ET